Minsk hava limanının uçuş-enmə zolağında iki təyyarə toqquşub. Hadisə bu gün şimşəklə müşayiət olunan güclü leysan yağışı zamanı baş verib.
Unikal.org «RİA Novosti»yə istinadən xəbər verir ki, toqquşma zamanı təyyarənin göyərtəsi boş olub, heç kim xəsarət almayıb.
Təyyarələrdən biri "Belavia şirkətinə məxsusdur, digərinin aid olduğu şirkət dəqiqləşdirilir.