Əməliyyatlar 1 saata başa çatar.

Unikal.org-un "HaberTürk"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə kəşfiyyatının rəhbəri (MİT) Hakan Fidan deyib.

O qeyd edib ki, sistematik əməliyyatlar başa çatıb: "Bundan sonra konkret hədəflər vurulacaq. Saxlanılanlar var. Hərbi çevrilişin təşkilatçılarına qarşı əməliyyatlar 1 saata qədər başa çatar".

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.