Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbs edilən generallardan biri azad edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında nəzarətə alınan 1 8-ci Mexanizma Piyada Briqada Komandiri general-mayor İsmayıl Gürgən azadlığa buraxılıb. Bildirilir ki, general şərti azadlığa buraxılıb.

Qeyd edək ki, general-mayor İsmayıl Gürgən çevriliş cəhdindən sonra nəzarətə alınan generallar arasında sərbəst buraxılan ilk şəxsdir.