İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd zamanı Üsküdarda şok olay yaşanıb.
Unikal.org DHA-ya istinadən bildirir ki, küçədə hərəkət edən tankları təkbaşına dayandırmaq istəyən 34 yaşlı Sabri Ünal yolun ortasında durmuşdu. Əllərini qaldıraraq irəliyə gedən Ünal sonra tankın qarşısına uzanıb. Tank onun üstündən keçəndən sonra ayağa duran Ünal sakitləşməyib və ikinci tankı dayandırmaq istəyib.
Lakin ikincit tank üstündən keçəndən sonra Sabri Ünal ayağa dura bilməyib.
Həmin an küçədə olanlar Sabrini xəstəxanaya aparıblar.
Ünalın dediyinə görə, daha öncə Pendikdə əsgərlərin qarşısını kəsmiş, bir zabitin üzünə isə bibər qazı püskürtmüşdü.