Türkiyə Müdafiə Nazirliyi daha bir ciddi qərar verib.

Unikal.org Türkiyənin "Hurriyet" elektron portalına istinadən xəbər verir ki, ölkədə baş verən hərbi çevrilişə cəhdlə bağlı bütün hərbi hakim və prokurorlar haqda istintaq başlayıb, araşdırma gedir.

Bununla əlaqədar olaraq 262 hakim və müstəntiq işdən azad edilib.

Onların "Hizmet" hərəkatının lideri Fətullah Gülənlə hər hansı formada əlaqəli olduğu bildirilir.