Dənizdən xilas edilən şəxsin dəfələrlə məhkum edilmiş və hazırda axtarışda olduğu məlum oldu.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 19 iyul axşam saatlarında Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa¬mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Unikal.org xəbər verir ki, DSX-dan bizimyol.info -ya verilən məlumata görə, havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək 20 iyul 2016-cı il tarixdə saat 05:15 radələrində sahilə çıxarılıb.
Aparılan araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddə¬si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.