"Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmaq planlaşdırmır, ancaq zəruri halda bu olacaq".

Unikal.org-un "Reuters"ə istinadən məlumatına görə, bunu Türkiyənin baş.naziri Bineli Yıldırım bəyan edib.

Xatırladaq ki, Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə elan edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu qərar demokratiyanın, insan hüquq və azadlıqlarına zərər vurmayacaq, əksinə, onları daha da gücləndirəcək.