Türkiyənin Tunceli əyalətində PKK terror qruplaşmasının polis nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 1 asayiş keşikçisi həyatını itirib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər.

Hücum zamanı daha 2 polis əməkdaşı yaralanıb.

Türkiyənin xüsusi xidmət orqanları terrorçuların yaxalanması və saxlanılması istiqamətində əməliyyata başlayıb.