Türkiyədə PKK terror qruplaşması mənsublarının açdığı atəş nəticəsində bir mülki vətəndaş ölüb, 2-si yaralanıb.

Unikal.org-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Van vilayətində terrorçular qumbaraatan və avtomat silahlardan hərbi maşını atəşə tutub.

Hərbçilərə zərər dəyməsə də, ərazidən keçən 3 mülki vətəndaş yaralanıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.