"ATV maqazin onlarla" verilişinin siması Afaq Gəncəli də digər məşhurlar kimi daima formada qalmağa çalışır. İdeal bədən quruluşuna sahib olmağı arzulayan Afaqın pəhrizini tərkibi şəkərli un məmulatları korlayırmış.

Unikal.org primetime.az-a istinadən bildirir ki, teleaparıcı deyib: "Nə etsəm də yenə balıq ətli qalıram. Nə qədər əziyyət çəkirəm, bundan artıq çəki ata bilmirəm. Anlayıram ki, heç bir vaxt "çöpə" dönəcək qədər arqlaya bilmərəm. Səbəbi isə şirniyyatdır. Bu un məmulatları sonunda evimi yıxacaq. Şirniyyat mənim pəhrizimi pozur. Günlərlə yemək yeməsəm də olar, amma un məmulatları qəbul etmədən, yaşaya bilmirəm. Mən tərkibi şəkərli un məhsulları yeyərkən, əhvalım düzəlir, bütün problemlərim yadımdan çıxır, hirsim soyuyur. Mən axı həm də kin bəsləyə bilmirəm. Kimsə xətrimə dəyən kimi, şirin nəsə yeyirəm və dərhal da sakitləşirəm. Məni Afaq Gəncəli edən şirniyyatdır".