Azərbaycanlı gənc rejissor Azər Quliyevin çəkdiyi qısametrajlı film (15 dəqiqə) - “Sanki yoxsan” Kann Film Festivalında nümayiş etdiriləcək. 

"Unikal" xəbər verir ki, gənc rejissorun çəkdiyi ekran əsəri qısa film 4420 film arasından seçilib. 

Bu il festivala 10 müxtəlif ölkə 11 qısametrajlı film təqdim edib.

Qeyd edək ki, Azər Quliyev 1997-ci ildə Bakıda anadan olub. 

“Pa-Pa” (2017), “Ürək nəfəsi” (2021) və “İkinci planetin qırmızı rəngi” (2024) film ilə tanınan Quliyev yazıçı və rejissordur.