20 Sentyabr 2019
14 yaşlı qızı həşərat necə sancıb? - Video
14 yaşlı qızı həşərat necə sancıb? - Video VİDEO 18:15 2016-08-03

Şamaxının Quşçu kənd sakini, 2008-ci il təvəllüdlü Adıgözəlova Ruqiyyə İslam qızını evlərində zəhərli həşərat sancıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən Ruqiyyə Adıgözəlövanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə Toksikologiya Mərkəzinə göndərilib.Buna baxmayaraq, xəstə 10 saatdan sonra dünyasını dəyişib.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, mərhumun nənəsi Dünyaxanım Məmmədova nəvəsinin anidən qışqırdığını deyib: "Yatıb, yatandan 10 dəqiqə sonra qışqırıb ki, ay dişlədi, dişlədi. Əli ilə qurdu da öldürüb".

Faktla bağlı araşdırma aparılır.