"Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq.

Unikal.org-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyən Ərdoğan Nazarbayevin Ankara-Moskva münasibətlərinin normallaşması işinə töhfə verdiyini qeyd edib: "Əlaqələrimizdə problemlər olanda, Nazarbayevin Putinlə danışıqları olub. O, münasibətlərimizin bərpası üçün səylər göstərib.

Nazarbayev isə bildirib ki, Qazaxıstanla Türkiyənin Rusiya ilə münasibətlərə baxışları üst-üstə düşür.