İran qardaş Azərbaycanla siyasi, iqtisadi və ticarət sahələrində münasibətləri son illər inkişaf etdirib. Unikal.org İran Prezidentinin saytına istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Bakıya səfəri öncəsi bildirib.

H.Ruhanı həmçinin Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun ilin sonuna qədər yekunlaşacağını da vurğulayıb.

Qeyd edək ki, bu gün İran Prezidenti Həsən Ruhani Bakıya rəsmi səfərə gəlib.