Meksikanın "Television Azteca" telekanalındakı "Con Sello de Mujer" şou-proqramında 9 il əvvəl yaşanmış qorxulu anların videogörüntüləri indi yayılıb.

Unikal.org milli.az-a istinadən bildirir ki, Arlette Garibay Ritz və Sari Bermudezin aparıcılıq etdikləri verilişə sirk təlimçiləri olan ərlə arvad dəvət olunmuşdu. Onlar özləri ilə studiyaya şir də gətirmişdilər.
Qadınlar üçün nəzərdə tutulan, canlı yayımda olan proqramın digər qonağı isə məşhur aktrisa Maqda Rodriges idi.
Maqda proqrama kiçik qızı Andrea ilə qatılmışdı.
Proqram efirdə olarkən şir qəflətən Andreaya pəncə atıb və onu parçalamaq istəyib.
Uşağı zorla şirdən ala biliblər.
Proqram həmin an dayandırılıb, iki həftə sonra isə ümumiyyətlə qapadılıb.
Bu kadrlar da nümayiş olunmamışdı.
Arlette Garibay Ritz studiyadakı o qorxulu anların videosunu dünən yayıb və bildirib ki, proqramın qapadılmasından sonra Maqda Rodriges "Television Azteca"nı məhkəməyə vermişdi. Məhkəmə qalmaqalının yaşanmaması üçün telekanal rəhbərliyi M.Rodrigesə 2 milyon dollar ödəyərək "problemi həll etmişdi".