Samux rayonunda intihar hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən məlumatına görə, rayonun Çobanabdallı kənd sakini 1991-ci il təvəllüdlü Fuad Mərdanov yaşadığı evin həyətində özünü asıb. Atası onu xəstəxanaya çatdırsa da, 25 yaşlı oğlanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Unikal.org-unməlumatına görə, 26 yaşlı gənc sevdiyi qıza görə özünü yaşadığı evdə asıb.