Oğuzda gənc oğlan qayalıqdan yıxılıb.
Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonunun Filfilli kəndi ərazisində baş verib.
Kəndin yaxınlğındakı Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisində hələlik bilinməyən səbəblərdən Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyev yıxılıb.
Hadisə yerinə Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hazırda dağlıq ərazilərdə 28 yaşlı gəncin axtarışları davam etdirilir.