Rusiyanın altı "Тu-22Ðœ3 bombardmançı təyyarəsi Suriyanın Deyr ez-Zor şəhəri yaxınlığında yerləşən rayonlarında İŞİD-ə məxsus obyektlərə zərbələr endirib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat nəticəsində çoxlu sayda İŞİD döyüşçüsü ilə yanaşı, terrorçuların iki idarəetmə məntəqəsi, altı iri silah-sursat anbarı, iki tankı, dörd hərbi piyada maşını, irikalibrli silahı olan yeddi yolsuzluq avtomobili məhv edilib.