"ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər.

Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, görüşlə bağlı avqust ayı üçün xüsusi plan olmasa da, həmsədrlər hər iki xarici işlər naziri ilə mütəmadi əlaqəni və sıx əməkdaşlığı davam etməyə çalışırlar: "Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkə prezidenti danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz onları yenidən bir araya gətirmək imkanlarını araşdırırıq. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqədəyik.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.