Əməkdar artist, yaddaşlarda daha çox "Dəli Kür" filmində Mələk obrazı ilə qalan Zemfira Sadıqova efirlərdə az-az görünməsininin səbəbini açıqlayıb.

Unikal.org 1xeber.com-a istinadən bildirir ki,aktrisa aparıcılardan narazılıq edib:

"Televiziyalara dəvətlər çox olur, sadəcə olaraq, imtina edirəm. Hər verilişə getmək olmur. Gərək səviyyəli verilişlər olsun ki, efirə də çıxım. Bəzən çağırırlar gedirəm. Amma aparıcı elə sual verir, əsəbdən başıma sanki qaynar su tökürlər. "Dəli Kür" filmində Mələk rolu ilə bağlı nə qədər sual vermək olar? Bəyəm mən "Dəli Kür"dən başqa filmə çəkilməmişəm? Dəvət etdikləri qonaq barədə məlumatları belə yoxdur. Sonuncu dəfə ATV-də bir verilişə çağırdılar, getdiyimə də peşman oldum. Müğənnilər məni görən kimi qucaqlayıb başladılar ağlamağa. Ay balam mən ölmüşəm bəyəm ağlaşırsınız? Adam yaşlaşanda elə bu cür reaksiya verərlər? Çox pis oldum, heç səbəbini də bilmədim ki, bunlar niyə belə edir? Belə səviyyəsiz verilişlərə görə efirə çıxmaq istəmirəm" - deyə 77 yaşlı Əməkdar artist giley edib.