Türkiyədə 15 iyul qiyam cəhdilə bağlı əməliyyatlar davam etdirilir. 

Unikal.org-un Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, 81 vilayətdə aparılan əməliyyatlar zamanı Fətullah Gülənlə əlaqəsi olan şəxslər müəyyən edilir, evlərində axtarışlar aparılır.

Əməliyyatlar zamanı Gülənə yaxınlığı ilə seçilən, hələlik tam adı açıqlanmayan akademik M.F.P.-nin evində kalaşnikov avtomatı çıxıb. Akademik AKFA Holdinqdə çalışıb. M.F.P həbs edilib.