Türkiyənin Bolvadin regionunda ağılasığmaz addım atılıb. Azyaşlıların "Quran-ı Kərim"i oxumammaları üçün yerdə çuxur qazılıb basdırılıb.

Unikal.org xəbər verir ki, namalum insanlar tərəfindən 40-a yaxın "Quran-ı Kərim" yerdə basdırılıb.

Bölgədə güclü yağışların yağması nəticəsində bunu müəyyən etmək mümkün olub.
Həyəcan üzərinə bölgədə araşdırma başladan polis qrupu, Quran kurslarını təşkil edən təşkilatlarla araşdırma aparıb. Prokurorluqda da məsələnin araşdırılması üçün cinayət işi açılıb.


Polis artıq ilkin ehtimala görə, Quran-ı Kərimi regionda çalışan vəzifəli şəxslər tərəfindən basdırıldığını açıqlayıb. Buna səbəb tələbələrin Quranı oxumaması üçün bu addımı atıldığı bildirilib.


Vəziyyətin ortaya çıxmasının ardından bəzi vətəndaşlar buna reaksiyada göstəriblər. Sosial mediadan fotoşəkillərin paylaşılmasıyla vəziyyətdən xəbərdar olan vətəndaşlar, hadisəni Quran-ı Kərimə hörmətsizlik olaraq xarakterizə ediblər.