Bu yaxınlarda ayrılan İdo Tatlısəs və Hilal Altınbilək eyni məkanda əyləniblər.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, keçmiş sevgililər ortaq dostları Berkayın konsertini dinləməyə gediblər.

Bir ara Berkay İdoyu səhnəyə dəvət edib və mahnı oxumasını xahiş edib. İdo da mahnısını Hilala həsr edib. Bunun qarşılığında Hilal İdonun masasına yaxınlaşaraq onu öpüb.

Məkan çıxışında jurnalistlərin "İdo ilə barışdınızmı sualına "Təsadüfən buraya gəldim və İdo ilə qarşılaşdım. Başqa bir şey yoxdur deyə cavab verib.