Türkiyədə Uludağda meşədə ac qalan ayılar Sarıalandakı zibilliklərə dadanıb. Bir vətəndaş da zibilliyə gələn ayı ilə "selfie" edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında Uludağda gəzintiyə çıxanlar Sarıalandakı zibillikdə ayını görüb böyük şok yaşayıblar. Bir adam isə ayı ilə birlikdə "selfie" edib. Sarıalandakı mağaza və dükan sahibləri, bəzən ac olan ayıların tək ya da bir neçəsinin zibilliyə gəldiyini bildiriblər:, "Heç vaxt ayılar insanlara hücum etməyib. Ac qalanda bura gəlib qarınlarını doyururlar. Bu vəziyyət həftə sonu daha sıx olur"