Türkiyə ordusunun Cerablusdakı "Fərat qalxanı" əməliyyatını idarə edən Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Zəkai Ağsaqqallının səhhətindəki problemlər aradan qalxıb.

Unikal.org axar.az-a istinadən bildirir ki, general az öncə xəstəxanaya gedərək qısa müalicə alıb və hazırda xidmətini davam etdirir.
Xatırladaq ki, bir müddət əvvəl Ağsaqqallının xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılmışdı.