Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür.

Unikal.org bildirir ki, Dailykarabakh-ın araşdırmasına görə, Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahısı"na 50 ölkədən 529 nəfər daxildir. Onların 160-dan çoxu media nümayəndələridir.

Əvvəlki kimi, yenə də siyahıya Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya başçılıq edir. Belə ki, Rusiyadan 130-dan artıq şəxs XİN-in "qara siyahısı"ndadır. Siyahıda nöbəti yerləri ABŞ, Almaniya, İtaliyaya, Fransa və digər ölkələr tutur.

Son 11 ayda "qara siyahı"da 30-a yaxın insan artıb.