Bakıda marşrut avtobusu xarab olunca ortaya maraqlı görüntülər çıxdı. 

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, "Neftçilər" metro stansiyasının yaxınlığında, körpü tərəfdə, Daewoo markalı marşrut avtobusu xarab olub. Mənzil başına çata bilməyən sərnişinlər avtobusu tərk eləsələr də, sürücünü çarəsiz, yolun ortasında qoymayıblar. Onlar köməkləşərək maşını itələyib yolun hərəkət hissəsindən kənara çəkməyə çalışıblar. 

Bakı əhli vəfalıdır: onu darda qoyanı... - FOTO