Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda sentyabrın 26-na təyin olunmuş referendumda Konstitusiyaya ediləcək dəyişikliklərə qiymət verilməsi üçün Venesiya Komissiyasına müraciət edib.

Unikal.org Report-a istinadən xəbər verir ki, AŞPA-nın Parisdə keçirilən iclasında Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına ediləcək dəyişiklilklərə qiymət verməyi xahiş edib.

Venesiya Komissiyasının dəyişikliklərin beynəlxalq normalara uyğunluğunu nə vaxt qiymətləndirəcəyinə dair məlumat verilmir.

Assambleyada bildiriblər ki, bu məsələ ilə bağlı vəziyyətə nazarət etmək məqsədilə AŞPA bürosu əsas siyasi qrupların nümayəndələri və qurumun məruzəçilərinin iştirakı ilə Alt Komitə yaratmaq qərarına gəlib.