Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, rayonun 2001-ci il təvəllüdlü Göyüslü kənd sakini Yunisli Cəmil Səbuhi oğlu kənd ərazisindən keçən kanalda çimərkən boğulub.

On altı yaşlı yeniyetmənin meyiti qonşu kəndin ərazisindən tapılıb.

Mərhum Bakıdan Bərdəyə xalası oğlunun toyunda iştirak etmək üçün gedib.