Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir və bayram namazı Azərbaycan məscidlərində həmin gün səhər saatlarında qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq.

QMİ bayram günləri ilə bağlı müsəlmanlara xəbərdarlıq və tövsiyə də edib: "Bu müqəddəs bayramda qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.