Türkiyənin "Çarkıfelek" yarışma verilisinin aparıcısı Mehmet Ali Erbilin etdiyi hərəkət sosial şəbəkədə mübahisələrə səbəb olub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, proqramın başlanğıcında studiyaya girən Erbil tamaşaçılar arasında oturan başıbağlı qızın əlini öpüb.

Hər zaman söyüşlü zarafatları ilə gündəmə gələn aparıcının bu hərəkəti birmənalı qarşılanmayıb. Sosial mediada bəzi adamlar bunun çox yersiz olduğunu deyərəl Mehmet Alini sərt tənqid ediblər. Digər insanlar isə bu hərəkətin çox normal bir şey olduğu fikrini müdafiəsinə qalxıblar.