Masallı rayonu, Mahmudovar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan 7 otaqlı evin 2-ci mərtəbəsinin 2 otağında mebel dəsti 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.