İndoneziyalı müsəlman modelyer Anniesa Hasibuan Nyu-York Moda Həftəsində ilkə imza atıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, o, Qurban bayramının ilk günündə 2017-ci ilin yaz-yay kolleksiyasını təqdim edib. Bütün modellərin başıbağlı olduğu dəfilə ilə Moda Həftəsi tarixində bir ilk olub.

Qonaqlar arasında moda dünyasının məşhur simaları yer alıb.