Türkiyə telekanallarının birində yayınlanan Zuhal Topalın evlilik verilişinə telefonla qoşulan aktrisa Çiğdem Tunç maraqlı açıqlamalar verib.

Unikal.org  xəbər verir ki, 53 yaşı aktrisa evlənmək üçün verilişə qatılan Məhəmməd adlı iştirakçını illər öncə övladlığa götürmək istədiyini bildirib.

Ç.Tunç deyib ki, çox cəhd etsə də arzusuna yetə bilməyib.

Məhəmməd, qaldığı uşaq evinin rəhbərliyinin onu niyə övladlığa verməməsinin səbəbini isə belə açıqlayıb:

"Atam məni uşaq evinə verərkən heç kimə övladlığa verilməməyim üçün tapşırıb. Ona görə də məni heç kimə vermədilər".

Məhəmməd aktrisa ilə görüşmək istədiyini bildirib, Ç.Tunç da razılıq verib. Yaxın günlərdə onun canlı yayıma qatılacağı gözlənilir.