Sumqayıtda yanğın baş verib.

Unikal.org-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində, çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 115 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.