"Artıq dözə bilmirəm. Bu həyat məni mənəvi cəhətdən məhv etdisə, niyə yaşayım ki?!"

32 yaşlı italyan Tisiana Kantone bunu yazandan sonra intihar edib.

Unikal.org milli.az istinadən bildirir ki, İtaliyanın Neapol şəhərinin sakini olan Tisiana Kantone ötən il sabiq sevgilisindən qisas almaq fikrinə düşmüşdü. Sevgilisinin xəyanətini bağışlamayan Tisiana yeni tanış olduğu gənclə yataq otağındakı "eşq macərası"nın bir neçə anını əks etdirdiyi qısa videonu sabiq sevgilisinə yollamış, "Bax və kədərlən" yazmışdı.

Sabiq sevgili də bu videonu İnstagram və Twitter-də yaymış, "Sən video çəkirsən? Bravo" yazmışdı.

Həmin video sosial şəbəkələrdə sürətlə yayılmış və memə çevrilmişdi.

Az sonra Tisiana Kantone sosial şəbəkələrdə lağlağı obyektinə çevrilmişdi. Onun profil və akkauntuna on minlərlə mesaj, məktub yollanmışdı və müəlliflər "məntiqsiz qisası biabırçılığa çevrilən qadın"ı ələ salmışdılar.
Tənələrə, təhqirlərə dözməyən Tisiana İnstagram, Snaphat, Facebook, Twitter-dəki profilləri bağlamışdı. Lakin internet trollar sakitləşməmişdilər.

İş o yerə satmışdı ki, məşhur italyan futbolçu, 35 yaşlı Paolo Kannavaro və 33 yaşlı Antonio Flore Flores də Tisiananı "məşhurlaşdıran" videoya sataşmışdılar.

Supermarketlərdən birində Flores selfi çəkib və "Bəs o, Paolo hanı?" deyib. Daha sonra kamera Kannavaroya tərəf çevrilib: Kannavaro rəfin qarşısında diz çökmüşdü və əlində meyvə şirəsini tutaraq: "Sən video çəkirsən? Bravo" demişdi.
Naçar qalan Tisiana Kantone polisə müraciət edərək ad və soyadını dəyişmişdi.

Ailə üzvləri və tanışlarının dediklərinə görə, o, dərin depressiyada idi.

T. Kantonenin vəkili Roberta Manzillonun dediyinə görə, trolları məhkəməyə veriblər, sonra da sosial şəbəkələrin müvafiq servislərinə məktublar yollayaraq başabəla videonun silinməsini tələb ediblər: "Facebook həmin videoları dərhal sildi və Tisiananın adını hallandırıb onu aşağalıyan postları da "ban" etdi".

Neapol şəhər prokurorluğu Tisiananın intiharı ilə bağlı cinayət işi açıb.
Sosial şəbəkələrin daha bir qurbanı: dözməyib, intihar etdi - VİDEO - FOTO
Sosial şəbəkələrin daha bir qurbanı: dözməyib, intihar etdi - VİDEO - FOTO
Sosial şəbəkələrin daha bir qurbanı: dözməyib, intihar etdi - VİDEO - FOTO
Sosial şəbəkələrin daha bir qurbanı: dözməyib, intihar etdi - VİDEO - FOTO