Türkiyənin tanınmış aparıcısı Pakizə Suda 30 kq çəki itirib. Belə ki, tanınmış aparıcı 79 kq-dan 49 kq-a qədər düşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin əvvəlində dietaya başlayan aparıcının çəkisi 65 kiloya qədər enmişdi.

Lakin, iyunda bacısı Nurhanın xərçəng xəstəliyindən vəfat etməsindən sonra depressiyaya girən P.Suda yemək yeməməyə başlayıb. Çətin günlər keçirən aparıcı yeni görüntüsü ilə tanınmaz hala düşüb.

Aparıcı kafede oturarkən jurnalistlərin diqqətini əkib. Ona yaxınlaşıb "necəsiniz? deyə soruşan jurnalistlərə "Dostlar necə ola bilərəm sizcə? Bacımı, digər yarımı torpağa tapşırdım. İnanarsınız, yemək belə yeyə bilmirəm artıq, çəkim 49 kq-a qədər düşüb.

Qeyd edək ki, 64 yaşlı P.Suda illərdir müxtəlif kanallarda aparıcılıq edir.