Bakıda sərnişin avtobusu ilə minik avtomobilinin sürücüləri arasında insident baş verib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, 81 saylı xətt üzrə hərəkət edən "Daevoo" markalı avtobusun sürücüsü polisə müraciət edərək bildirib ki, Qaraçuxur qəsəbəsi Alıcanov küçəsində tanımadığı şəxsin hücumuna məruz qalıb. O, bildirib ki, minik avtomobilinin sürücüsü yoldakı suyun onun üstünə sıçradığını irad bildirərək avtobusa zərbələr endirib və sərnişin avtobusunun ön şüşəsi sınıb.

Araşdırma aparılır.