Ceniffer Lopezlə bağlı qərb mətbuatında qəribə iddialar gəzir.

Unikal.org xəbər verir ki, dünyaca məşhur müğənni Cennifer Lopez və sevgilisi aktyor Ben Afflekin yenidən barışmaq ehtimalı hər kəsin marağına səbəb olub.

Qarnerdən boşanma ərəfəsində olan Afflek və bu yaxınlarda sevgilisi Kasper Smartdan ayrılan Ceniffer arasında yenidən sevgi münasibəti yarana bilər.

Nişanlı olub ayrıldıqdan sonra bir-birlərini unutmayan cütlük hər zaman sevgiləri haqda müsbət fikirlər səsləndiriblər.

Hətta iddia edilir ki, Qarner və B.Afflek arasında münasibətlərin də Lopezə görə pozulub.

Bəzi media orqanları bu yazılanların sadəcə dedi-qodudan ibarət olduğunu söyləsə də, əksinə inananlar daha çoxdur.