Təbriz Şıxbabayev adlı vətəndaş telefon pulu ödəsə də rabitə əlaqəsi bərpa edilməyib. Kirayə qaldığı evin aid olduğu rayon telefon qovşağından məlumat verilib ki, evin sahibi mənzili satıb. Ona görə də xətt bağlanıb.

Bu məsələ telefon xəttinin hansı hallarda ləğv edilməsini və prosedur qaydalarını gündəmə gətirir.

Bakı Telefon Rabitəsi Birliyinin rəsmisi bildirib ki, alqı-satqı zamanı stasionar telefon da təhvil təslim edilməlidir. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilməlidir. Bu barədə kirayə qalana məlumatın verilməsi şərt deyil.

Əgər ödənişlə bağlı hansısa problem yaşanıbsa, o zaman məsələnin araşdırılması zamanı nömrənin sahibinin iştirakı vacibdir.

Təbriz Şıxbabayevin narazılığına gəlincə, köhnə sahibi evi satan zaman nömrənin bağlanıb-bağlanmaması haqqında ATS-ə müraciət etməyib. Unikal.org "xəzər xəbərə istinadən bildiri ki, kirayə qalan da vaxtı-vaxtında pulu ödəyirmiş. Sonradan Təbriz Şıxbabayev pulu ödəmədiyinə görə telefon xətti borca görə bağlanıb. Buna görə də evin və nömrənin sahibi ilə əlaqə saxlanılıb. Məlum olub ki,o mənzili satıb və stasionar borcu ödəməkdən imtina edir. Mənzilin yeni sahibi də müraciət etmədiyinə görə telefon xətti bağlı qalıb. Belə çıxır ki, evin köhnə sahibi ilə yeni sahibinin aslqı-satqı zamanı telefon nömrəsi barədə bir-birini xəbərdar etməməsi arada kirayəçini nömrəsiz qoyub.