Məşhur amerikalı aktyor və aktrisa, Hollivud ulduzları Bred Pitt və Ancelina Coli boşanmaq qərarına gəliblər.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, boşanmada əsas istəkli tərəf Ancelina Colidir.

Aktrisa ərinin valideynlik vəzifəsindən narazıdır. O məhkəməyə ünvanladığı ərizədə 6 övladının özünün yanında saxlanmasını tələb edib. Həmçinin onun tələbinə görə Brad Pitt isə yalnız istirahət günü övladlarına baş çəkə bilmək hüququna malik olmalıdır.

İddialara görə, boşanmanın başqa bir səbəbi ə xəyanətdir. Bel ki, Pitt ilə fransız aktrisa Marion Kotiyar arasındaı eşq macərası yaşandığı deyilir.