Dağlıq Qarabağ münaqişəsinin həlli vacib əhəmiyyət kəsb edir.

Unikal.org-un məlumatına görə, bu barədə Almaniya prezidenti Yoahim Qauk Ermənistan prezidenti Serj Sarkisyana göndərdiyi məktubda bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli sizin ölkəniz üçün vacib əhəmiyyət malikdir. ATƏT-ə sədrlik edən ölkə kimi, Almaniya münaqişənin tezliklə və sülh yolu ilə həllinə kömək etmək niyyətindədir.

Bundan əlavə, Qauk məktubunda Almaniya-Ermənistan arasında ikitərəfli münasibətlərdən də söz açıb.