"Bəzi iş adamları və vətəndaşların onlara verilmiş imtiyazlardan sui-istifadə etməsi qanun pozuntularına yol açır.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sərhədyanı bölgələrdə yaşayan vətəndaşlar bəzi məhsulları, xüsusilə siqaretləri istehlak məqsədi üçün gətirir, sonra isə satışa çıxarır.

A.Əliyevin sözlərinə görə, artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir. "Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaretlə bağlı qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir.