Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. 

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ödünyasını dəyişib.

Hadisə Lıtkarino şəhərində qeydə alınıb.

Helikopterin Rusiya FHN-nin axtarış-xilasetmə aviasiya mərkəzinə məxsus olduğu deyilir. Qəzanın başvermə səbəbləri isə hələ ki məluma deyil, bu barədə araşdırma gedir.