Türkiyədə 12 televiziya kanalının yayımı dayandırılıb.

Unikal.org Haberturk-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Radio-Televizya Ali Şurası qərar qəbul edib.

İnformasiyaya görə, 12 telekanalın fəaliyyəti fövqəladə vəziyyət rejimi çərçivəsində 668 saylı qanun qüvvəsində olan qərarla dayandırılıb.

Fəaliyyəti dayandırılan TV-lər arasında "Hayatın sesi", "TV10", "Van TV", "Jiyan TV" və "Zarog TV" telekanlları da var.