Gəncədə tələbə bıçaqlanıb.
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Göyçay rayon sakini 18 yaşlı Samir Mahmudov cərrahiyyə şöbəsinə gətirilib.
Ona döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, eləcədə sifətin və sol qolun kəsilmiş diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Samir Mahmudov Azərbaycan Texnalogiya Universtetinin birinci kurs tələbəsidir. Faktla bağlı araşdırma aparılır.