Əməkdar artist Almaz Ələsgərli ad gününü qeyd edib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, 50 yaşı tamam olan müğənni gecəyə ailə üzvlərini, yaxın dostlarını çağırıb. Şəhər restoranlarından birində baş tutan məclisdə qızı Əminə A.Ələsgərliyə sürpriz edib. O, anası üçün mahnı səsləndirib.

Hazırda İsveçdə təhsil alan digər qızı Mədinə isə ifaçıya zəng edərək, ürək sözlərini deyib.