Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib. 

Unikal.org bildirir ki, APA-nın "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.   

 "Saba agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.   

 Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək  verir.