Rusiya Prezidenti Vladimir Putin Türkiyənin İstanbul şəhərinə gəlib.

Unikal.org xəbər verir ki, Kreml rəhbərini Atatürk Hava Limanında İstanbul valisi Vasip Şahin qarşılayıb.
Qeyd edək ki, Putin Dünya Enerji Konqresində çıxış edəcək.

Ayrıca o, yerli vaxtla 16:00-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.
Xatırladaq ki, Rusiya lideri sonuncu dəfə 2015-ci ilin noyabrında G20 Zirvəsində iştirak etmək üçün Türkiyəyə səfər edib.