Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən oktyabrın 10-da Salyan və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Unikal.org xəbər verir ki, Salyan rayonu Şirvan Milli Parkı ərazisində 8 ədəd partlamamış hərbi sursat (PHS) (3 ədəd 140 mm-lik raket (M-14 OF), 2 ədəd 100 mm-lik top mərmisi (BR-412B), 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412), 1 ədəd tank əleyhinə raketin mühərriki (PQ-7) və 1 ədəd 100 mm-lik top mərmisi (partlayış dalğalı donanma mərmisi)) aşkar edilərək götürülüb, nəticə etibarilə 9 000 kv.m. ərazi yoxlanılıb.

Ağdamın Evoğlu kəndində isə su arxına baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmis (OF-32)) aşkar edilərək götürülüb, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.